N saylı hərbi hissədə ADPU-nun tələbələri bayram konserti ilə çixiş edib

0
314017

29 dekabrda ADPU-nun Musiqi və onun tədrisi metodikasi kafedrasinin müəllim və tələbələri N saylı hərbi hissədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirib.

VOİCEPRESS.AZ bildirir ki, tədbirdə prof.M.Dadaşova, prof.T.Bağırova, dos.N.Mirməmmədli, b.m.G.Aslanova, b.m.A.Vəliyev, müəl.G.Bakıxanova, III və IV kurs tələbələri iştirak ediblər.

Gūlnarə Bakıxanova ADPU-nun pedaqoji kollektivi adından hərbiçiləri Dūnya Azərbaycanlılarının Həmrəyliyi və 2019-cu ilin gəlişi munasibəti ilə təbrik etdi, xoş atzularını bildirdi və tələbələrin hazırladığı konsert proqramını təqdim etdi.

İlk olaraq, Həsənli Leyla (kamança), İsmayılov Etibar (tar), S.Rzayev (nağara) – “Heyratı” ritmik mugamını, daha sonra saz ifaçıları Elşən Abbaszadə, Əhməd Almuradov, Aslan Muradoğlu gözəl ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyi saz havaları altında əsgərlərin şux rəqsləri ilə davam edib.

Nailə xanım Mirməmmədlinin müşayiəti ilə Hūseynova Məğfirət popuri, “ADPU-nun səsi” müsabiqəsinin qalibi Həbibzadə Leyla “Azərbaycan” mahnısını ifa edib.

Konsert proqramının sonunda tələbələrdən ibarət xorun ifasında bəstəkar N.Mirməmmədlinin mūşayiətilə “Gözəl Vətən”, “Əsgər qardaşlar”, “Qələbə marşı” mahnıları səslənib. Tələbələrin çıxışları boyuk coşğu və maraqla qarşılanıb.

Tədbirin sonunda prof.Minarə Dadaşova bütün hərbi heyyətə öz təbriklərini və xoş arzularını bildirdi. Hərbiçilər pedaqoji kollektivə bayram şənliyindəki çıxıslarına görə təşəkkürlərini bildirdilər.

Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

N saylı hərbi hissədə ADPU-nun tələbələri bayram konserti ilə çixiş edib

İlahə Bakıxanova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here