VOİCEPRESS.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında Qüdrət Həsənquliyev qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Deputat bildirib ki, repetitor tutmaq valideynlərin büdcəsinə ziyan vurur:
“Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı artırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanunda nəzərdə tutulmalıdır. Yox əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır”.
Q. Həsənquliyev çıxışı zamanı iki növbəli məktəblərlə bağlı fikirlərini bildirib. O deyib ki, iki növbəli tədris olmamalıdır:
“Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişiklərə nail ola bilməyəcəyik”.
Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır:
“Bundan başqa, Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, nə qədər ciddi qanunlar qəbul olunsa da müsbət heç nəyə nail ola bilməcəyik”.
VOİCEPRESS.AZ