Mixail Boçarnikov: “Azərbaycan və Rusiya Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”

0
313699

“Azərbaycan və Rusiya Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlığı və dəniz turizmini inkişaf etdirmək niyyətindədir”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan Xəzər dənizində Olya limanı ilə Azərbaycanın limanı arasında nəqliyyat marşrutu yaradılması üzərində ciddi düşünür.

Xəzəryanı ölkələrin dövlət başçılarının avqust ayında Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalanmasını şərh edən Rusiya səfiri bunu tarixi hadisə adlandırıb.

“Azərbaycanda da bu hadisənin siyasi sahədə bu ilin ən vaciblərindən biri kimi qiymətləndirilməsi məni sevindirir”, – M.Boçarnikov bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here