VOİCEPRESS.AZ-ın əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.
Bunlar, Azərbaycan – Almaniya, Azərbaycan – Cibuti, Azərbaycan – Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.
Dekabrın 28- də Milli Məclisin iclasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqləndikdən sonra isə 4 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boş qalacaq.
Bundan əlavə, payız sessiyasının sonuncu iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülməsi məsələsinə baxılacaq.
Hazırda Azərbaycan – Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Milli Məclis sədrinin müavini Valeh Ələsgərovdur.
2019-cu ilin yaz sessiyasında Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.
VOİCEPRESS.AZ