Milli Məclis Rusiya ilə bağlı sənədləri qəbul etdi

0
314679

Azərbaycanla Rusiya arasında iki sənəd Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, deputatlar “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” qanun layihəsini və “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə ediblər.

Deputatlar Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf etdiyini və strateji xarakter dağıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, təsdiq olunan sənədlər iki ölkə arasında münasibətlərin inkşafına mühüm töhfə verəcək. Spiker Oqtay Əsədov bildirib ki, bu sənədlər Azərbaycan ilə Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.

Daha sonra sənədlər səsə qoyularaq qəbul edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here