Milli Məclis bu qanun layihələrini işlər planına saldı, amma müzakirəyə çıxarmadı – SİYAHI

0
314215

2018-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il ərzində Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib, yeni qanun layihələri qəbul olunub. Ancaq parlamentin yaz və payız sessiyasında bir neçə qanun layihəsinin müzakirəsi mümkün olmayıb.

VOİCEPRESS.AZ Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilən, ancaq müzakirəyə çıxarılmayan qanun layihələrini təqdim edir:

“Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilməyinə baxmayaraq, yaz və payız sessiyalarında müzakirəyə çıxarılmayıb. Yeni qanun layihəsi mövcud qanundan fərqli olaraq 6 fəsil, 39 maddədən ibarətdir. Bu sənəddə Daxili Qoşunların xidmət və vəzifələri yeni və genişləndirilmiş formada təsbit olunub. Hazırda qüvvədə olan “Daxili Qoşunların statusu haqqında” qanun 1994-cü ildə qəbul olunub.

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanıb. Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının qanunverici işlər planına da salınıb. Hazırda qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun 2002-ci ildə qəbul olunub.

Bu il ərzində Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilən, ancaq müzakirəyə çıxarılmayan sənədlərdən biri də “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsidir. Sənəddə Azəbaycan xalqının milli-mədəni və mənəvi sərvəti olan muğam sənətinin statusu, dövlət təminatı, təsnifatı, qorunması və inkişaf etdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi, muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımı, bu sahədə ixtisaslı kadrların hazırlanması, Azərbaycanın müxtəlif bölgələrində istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlərin həyata keçirilməsi, elmi araşdırmaların aparılmasına və əlaqələndirilməsinə şərait yaradılması, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsi, Beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdim edilməsi və təbliği, nümunələrinin xarici dövlətlərin ərazilərində mənimsənilməsi, təhrif edilməsi və qeyri-qanuni istifadəsinin qarşısının alınması və hüquqi qorunması məqsədi ilə beynəlxaql əməkdaşlığa şərait yaradılması və digər məsələlər əksini tapıb. Qanun layihəsində Azərbaycan muğamının başlıca göstəriciləri, növləri göstərilib.

“Yazılı abidələr haqqında” yeni qanun layihəsi də Mədəniyyət komitəsinin və Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilmişdi, amma müzakirəyə çıxarılmadı. Sənəddə yazılı abidələrin yeni statusu, təsnifatı və digər yeni müddəaların əks olunduğu sənəddə əksini tapan mühüm məsələlərdən biri işğal altında olan ərazilərimizdəki əlyazmalarla bağlı olacaq.

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisdə I oxunuşdan keçib. Yeni qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir. Yeni qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Sənədin hər üç oxunuşda Milli Məclisin 2019-cu ildə yaz sessiyasında qəbul edilməsi gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here