Deputat Novruz Aslanov dekabrın 20-də İsmayıllı şəhərində yerləşən ofisində sakinləri növbəti dəfə qəbul edib. Qəbulda qaldırılan məsələlər barədə seçicilər ilə müzakirələr aparılıb. Xüsusilə sosial yönümlü məsələlər, şəxsi məişət problemləri, işlə bağlı problemlər müzakirə mövzusu olub. Millət vəkili Novruz Aslanov mövcud problemlər barədə əlaqədar qurumlarla daimi əməkdaşlıq sayəsində bir çox problemlərin həll edildiyini sakinlərin diqqətinə çatdırıb. Sakinlər də öz növbəsində həm deputata, həm də hökumətin müvafiq qurumlarına bu dəstəyə görə təşəkkürlərini bildiriblər.
VOİCEPRESS.AZ