Lukaşenko Putinə Yeni il hədiyyəsi aparıb

31 Dekabr, 06:07

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə Yeni il hədiyyəsi aparıb.

VOİCEPRESS.AZ Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu hədiyyə Lukaşenkonun öz bostanından yığdığı 4 kisə kartof və həmçinin saladır.

A.Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib ki, söhbət “elit sort” kartofdan gedir.

Onun sözlərinə görə, Putinə aparılan hər kisədə fərqli sortlardan kartof yığılıb.

Belarus liderinin Putinə hədiyyəsi prezidentlərin dekabrın 29-da Moskva görüşündə təqdim olunub.

Bu, son həftə ərzində Rusiya və Belarus prezidentlərinin ikinci görüşüdür.

Putinlə Lukaşenko dekabrın 29-da 3 saatdan çox söhbət ediblər.

Amma ötən dəfə olduğu kimi, görüşün nəticələri barədə heç bir məlumat verilməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here