Lavrovdan Qazaxıstanın latın əlifbasına münasibət

10 Dekabr, 08:41

Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın latın əlifbasına keçidinə münasibət bildirib.

VOİCEPRESS.AZ “Xabar” agentliyinə istinadən xəbər verir ki, Lavrov bunu Qazaxıstanın suveren qərarı adlandırıb.

“Bu, Qazaxıstanın, onun rəhbərliyinin müstəqil qərarıdır. Rusiya qazax xalqının maraqlarına cavab verən bütün məsələlərə bu cür yanaşacaq. Əgər rəhbərlik bunun qazax xalqının marağında olduğunu hiss edibsə, biz burada hər hansı şərh verə bilmərik. Bu, sizin suveren haqqınızdır”, – deyə vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanda kirill əlifbasından latın əlifbasına tam keçid 2025-ci ildə başa çatacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here