Koçaryan yenidən həbs olunacaq

7 Dekabr, 17:04

Ermənistan Appelasiya Məhkəməsi eks-prezident Robert Koçaryanın zaminə buraxılması barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

VOİCEPRESS.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında deyib.

Məhkəmə işi noyabrın 27-də başlayıb. İclasda 6 nəfər, o cümlədən Baş prokuror Artur Davtyan da qatılıb. Robert Koçaryan 10 nəfərin ölülünə səbəb olan 2008-ci il 1 mart hadisələri zamanı kütləyə güc tətbiq edilməsi barədə göstəriş verməkdə ittiham olunur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here