Heydər Əliyev Azərbaycanın qismətinə və payına nəsib olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr, Moskva dövrü, Naxçivan və Bakı dövrünü bizlər təhlil etsək, o böyük şəxsiyyətin nə qədər böyük, təlatümlü və ağır yol keçdiyini, xalqına nə qədər böyük sədaqət və məhəbbətlə xidmət etdiyini, xalqının rifahı naminə 100 il öncəni düşünərək, böyük və qlobal əhəmiyyətli layihələrə imza atdığını şahidi olarıq. Böyük siyasətin əsası Heydər Əliyevin hakimiyətə gəlişi ilə qoyuldu.
Heydər Əliyevin bütün fəaliyyəti onun öz xalqına xidmət etməyə həsr olunub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə, Azərbaycanın yeraltı və yerüstü bütün sərvəti Moskvaya axırdı.
Lakin Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi ilə imzalanan “Əsrin müqaviləsi” ilə həmin sərvətlərdən əldə olunan gəlir Azərbaycana xidmət etdi. Bu böyük siyasətin və böyük siyasətçinin xalqı üçün həyata keçirdiyi unikal layihələrin baris nümunəsidir. Heydər Əliyevin hakimiyyətə gəlişi olduqca rahat və fiaravan bir zamana təsadüf etsəydi, Heydər Əliyev 100 il yaşayardı.
Heydər Əliyev hakimiyyətət 3 il tez gəlsəydi, biz bu qədər zülmlər və təlatümlər görməzdik. Həmin dövrdə xarici dövlətlərin, eyni zamanda qonşu dövlətlərin Azərbaycana olan maraqlarının toqquşduğu bir zamanda Heydər Əliyevin hakimiyyətət gəlişi Azərbaycanı tənəzzüldən xilas etdi. Həmin dövrdə bir tərəfdən ölkədə başlamış Talış-Muğan, Dağlıq Qarabağ və 7 ətraf rayonun ermənilər tərəfindən işğalı, digər tərəfdən qaçqın və məcburi köçkünlərin problemi və bütün bunların fövqündə ölkədə hakimiyyət uğrunda gedən çarpışmalar, mənəmmənəmlər, yaradılmış silahlı dəstələr…Bu qədər problemlərə sinə gərərək, Azərbaycanı sözün əsil mənasında ağ günə çıxarmağa müvəffəq oldu.
Xalqı o günlərdən bu günlərər gətirib çıxamaq hər insanın işi deyil, o ancaq Heydər Əliyev kimi mərd və dahi bir şəxsiyyətin işi idi. O 24 saatın 18 saatını kürsü başında, masa arxasında keçirərdi. O gecəsini gündüzünə qatıb xalqının rifahı uğrunda əlindən gələni əsirgəməyib. Heydər Əliyev hakimiyyətə gələnə qədər biz blokada vəziyytində yaşayırdıq. Elə bir zamanda Heydər Əliyev böyük dövlətlərdə Azərbaycan xəritəsini, ərazi bütövlüyünü təmsil edən xəritəni göstərməyə müvəffəq olurdu. Eyni zamanda həm ölkədaxilində, həm ölkə xaricində bərabərhüququlu və illər sonra bəhrəsini görə biləcək təməlli siyasi addımlar atmaqla Azərbaycanın həqiqətən xilaskarı oldu.
Məhz O böyük şəxsiyyətin sayəsində Azərbaycan tarixi, Azərbaycan həqiqətləri, Azərbaycan mədəniyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmağa başladı. Heydər Əliyev böyük ədiblərin yubileylərinin keçirilməsini, onların isimlərinin əbədiləşdirilməsi, onların ev muzeylərinin yaradılması urunda olduqca önəmli məsələrərə imza atdı. Bu özü özlüyündə Azərbaycan tarixinin gələcək nəslə çatdırılması, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi fonunda görülən böyük xidmətlər idi. Heydər Əliyev vaxtı ikən hələ Bakı-Ceyhan strateji layihəsinin təməli qoyulanda, deyirdi ki, ona tez-tez sual verirlər bu layihə həqiqətən də, gerçəkləşdiriləcəkmi? Heydər Əlyev də, cavabında əlbəttə, hələ Bakı Ərzurum-Qaras kimi də, önəmli layihə gerçəkləşəcək deyər cavab verərdi. Bax budur uzaqgörənlik. Bu gün bəhrəsini grdüyümüz bu önəmli layihələrin təməlini uzaqgörən, böyük siyasətçi Heydər Əliyev qoyub. Bütün bunları bir daha yad edərək, bir daha qeyd etmək gərəkir ki, bu böyük şəxsiyyətin duhası qarşısında baş əyməmək mümkün deyil. Allah ona rəhmət eləsin!”
Ülkər Fərmanqızı
VOİCEPRESS.AZ