Gürcüstanın Baş naziri Mamuka Baxtadze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumat yayıb.
Mamuka Baxtadze Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə də əlaqələrimiz uğurla inkişaf edəcəkdir.
VOİCEPRESS.AZ