Gürcüstan XİN: Bu il Azərbaycanla strateji əməkdaşlığın dərinləşdirilməsi davam etdirilib

0
314585

Bu il Gürcüstan qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirməyi davam etdirib.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkalianinin 2018-ci ilin yekunlarına dair təqdim etdiyi hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, ötən il Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi davam etdirilib: “Ötən il Türkiyə və Azərbaycanla əhəmiyyətli enerji layihələri üzrə regional əməkdaşlıq inkişaf etdirilib”.

Hesabatda qeyd olunub ki, bu il İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazilərinin üçtərəfli görüşü baş tutub, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin rəsmi açılış mərasimləri keçirilib.

Sənəddə strateji nəqliyyat dəhlizlərinin, ilk növbədə, Bakı-Tbilisi-Qars layihəsinin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb, Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünün əməkdaşlığın yeni formatını yaratması qeyd olunub.

Hesabatda vurğulanıb ki, 2018-ci ildə qonşu ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here