VOİCEPRESS.AZ xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.
Noyabrda start götürmüş proqram 2019-cu ilin sentyabrınadək davam edəcək. Ümumilikdə 2 min gənci əhatə edən proqram dörd mərhələdən ibarətdir. Bu günlərdə başa çatdırılan birinci mərhələdə qeyd olunan dörd iqtisadi regiondan 2030 gənc proqram barədə məlumatlandırılıb və ilkin təlim sessiyalarında iştirak edib.
İdeyalarını reallaşdırmaq, öz startapını yaradaraq biznes və sahibkarlıq fəaliyyətinə qoşulmaq istəyən gənclər artıq ilkin təlimləri yekunlaşdırıblar. Bakıda və bölgələrdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisəsində təşkil olunan təlimlərdə Abşeron iqtisadi regionu üzrə 759, Quba-Xaçmaz iqtisadi regionu üzrə 325, Gəncə-Qazax iqtisadi regionu üzrə 503, Şəki-Zaqatala iqtisadi regionu üzrə isə 443 nəfər iştirak edib.
Proqrama cəlb olunmuş 2 min gənc arasından sahibkarlıq təşəbbüsü və ideyaları daha yüksək olan min nəfər ikinci mərhələdə iştirak hüququ qazanaraq 35 min manatadək investisiya əldə etmək şansına sahib olacaq. Dekabrda start verilən ikinci mərhələ gələn ilin fevralında yekunlaşacaq.
VOİCEPRESS.AZ