Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb

10 Dekabr, 22:34

Fransanın hüquq-mühafizə orqanlarının Lion şəhərində keçirdiyi geniş miqyaslı xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu mütəşəkkil cinayətkar qruplaşmanın 22 üzvü saxlanılıb.

VOİCEPRESS.AZ-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib.

Bu gün keçirilmiş “VORS 69-01” adlı xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin 10-u Gürcüstan vətəndaşıdır. Onlardan 2-i “qanuni oğru”dur.

Fransa və Belçikada fəaliyyət göstərən cinayət qruplaşma üzvləri mənzil və avtomobillər qarət edib, saxta sənədlərin hazırlanması və narkotik istifadəsi ilə məşğul olublar.

Saxlanılan şəxslərin evlərində aparılmış axtarışlar zamanı zinət əşyaları, bahalı avtomobillər, külli muqdarda pul, silah, saxta sənədlər, digər əşyalar və müxtəlif narkotik vasitələr maddi sübut kimi müsadirə olunub. İstintaqla qruplaşmanın vurduğu ziyanın məbləğinin 400 min avrodan çox olduğu müəyyən edilib.

Xüsusi əməliyyatda Fransa, Belçika və Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əməliyyata xüsusi qüvvələr, robot və helikopterlər də cəlb olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here