Fələstinli İsrail hərbçiləri tərəfindən güllələnərək öldürülüb

0
314151

Fələstinin İordan çayının Qərb sahili bölgəsindən olan yerli sakin İsrail hərbçiləri tərəfindən açılan atəş nəticəsində ölüb.

VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, hərbçilər İsrail ilə sərhəddə yerləşən Əl-Bira şəhərində mülki avtomobili atəşə tutublar.

Hadisənin digər təfərrüatları məlum deyil.

Daha əvvəl İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here