Ermənistanda seçici səs verə bilmədi – SƏBƏBİ gülməli…

9 Dekabr, 13:44

Ermənistanda parlament seçkilərində seçici səs verə bilməyib.

VOİCEPRESS.AZ-ın Trend-ə istinadən verdiyi məlumata görə, seçici seçki məntəqəsinə gəlib və səsvermə kabinəsindən uzun müddət çıxmayıb.

Seçki komissiyasının rəhbəri Karine Saribekyan seçicidən hər hansı bir problemin olub-olmamasını soruşub. Seçici öz növbəsində bildirib ki, reytinq sistemi üzrə namizədlərdən heç birini tanımır.

Daha sonra seçici zərf seçki qutusuna atıb və lakin “Sputnik Armenia”nın müxbirinə səs verə bilmədiyini və səsvermə vərəqini qaytarmaq istəmədiyinə görə qutuya atdığını bildirib.

Qeyd edək ki, Ermənistan qanunverici orqanında yerlər üçün 11 siyasi güc mübarizə aparır – 9 partiya və 2 blok.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here