Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.
VOİCEPRESS.AZ news.am-a istinadən xəbər verir ki, yerli vaxtla 08:00-da bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Seçkilərdə 11 siyasi qüvvət iştirak edir: “Mənim adımım” və “Biz” blokları, “Milli proqres”, “Çiçəklənən Ermənistan”, “İşıqlı Ermənistan”, “Ermənistan İnqilabçı Federasiyası”, “Ermənistan Respublikaçı Partiyası”, “Sasna Tzrer “, “Vətəndaş qərarı”, ” Sosial Demokrat “, “Xristian-Milli Dirçəliş” və “Orinat Yerkir”.
Partiyaların 5%-lik səs baryerini keçməsi lazımdır, bloklar üçün isə bu hədd 7% -dir.Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.
Rəsmi məlumatlara görə, Ermənistanda seçicilərin reyestrində 2,774,916 seçici qeydə alınıb.
VOİCEPRESS.AZ