Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 442 qanun pozuntusu qeydə alınıb.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “News.am”a Ermənistanın Baş Prokurorluğundan bildirilib.
Prokurorluqdan qeyd ediblər ki, aşkarlanan seçki qanunsuzluqları ilə əlaqədar cəmi 6 cinayət işi qaldırılıb. Daha 147 işlə bağlı materiallar hazırlanır.
Ermənistanın baş prokurorunun qərarı ilə Baş Prokurorluqda yaradılmış işçi qrup dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı qeydə alınan 442 hadisə və pozuntulara yekun vurub.
Qeyd edək ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb.
VOİCEPRESS.AZ