Ermənistan rəsmisi Bakıya gəlir

13 Dekabr, 11:09

Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq.

VOİCEPRESS.AZ-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, Ermənistanı Bakıda keçiriləcək iclasda XİN-in Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da toplantıda iştirak üçün bu gün Bakıya gələcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here