Ermənistan parlamentinin spikeri kim olacaq?

20 Dekabr, 10:23

Ermənistan parlamentində spiker və vitse-spikerlərin adları məlum olub.

VOİCEPRESS.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, seçkilərdə qələbə qazanmış “Mənim addımım” bloku parlamentin spikeri postuna Ararat Mirzoyan, vitse-spiker postlarına isə Alen Simonyan və Lena Nazaryanı irəli sürüb.

“Baş nazir namizədləri irəli sürdü, biz bu namizədlikləri müzakirə etdik, suallarımıza cavab aldıq və təsdiqlədik”-deyə Alen Simonyan deyib. “Mənim addımım” blokunun fraksiya rəhbəri hazırda mədəniyyət naziri olan Lilit Makunts olacaq. Fraksiyanın katibi isə Akop Simidyan olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here