Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. VOİCEPRESS.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, uzun sürən telefon söhbəti məhsuldar olub. Liderlərin Suriya və İŞİD-lə mübarizə mövzularını müzakirə etdikləri bildirilir.
“Biz İŞİD-i, Suriyadakı ümumi fəaliyyətimizi, ABŞ qoşunlarının oradan tədricən və koordinasiyalı çıxarılmasını müzakirə etdik… Biz, həmçinin əhəmiyyətli dərəcədə genişlənən ticarəti müzakirə etdik”, – deyə Donald Tramp rəsmi “Twitter” səhifəsində qeyd edib.
VOİCEPRESS.AZ