Donald Tramp Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək

0
314496

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin nümayəndəsi Hizer Nauerti Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd seçib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

Noyabrın əvvəllərində Donald Tramp bildirib ki, Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini nəzərdən keçirir. Qeyd edək ki, bu vəzifəni icra edən Nikki Heyli daha əvvəl istefa verdiyini bildirib. Diplomat hesab edir ki, onun səlahiyyətlərini başqası icra etməlidir.

Oktyabrda ABŞ lideri Nikki Heylinin ilin sonunda Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsindən istefasını təsdiqləyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here