“Qarşıdakı 30 gün ərzində Suriyada terrorçu İŞDİ qruplaşmasının üzvü olan bir nəfər belə qalmayacaq”.
VOİCEPRESS.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə Suriya və İraqda milli azlıqların hüquqlarının müdafiəsi və dəstəklənməsi layihəsinin imzalanması mərasimində bildirib.
O deyib ki, ABŞ İŞİD-ə qarşı mübarizədə böyük işlər görüb: “Hazırda regionda çox az terrorçu qalıb. 30 gün ərzində bir terrorçu da qalmayacaq”.
Qeyd edək ki, Suriyadakı ermənilər, assorilər, yəzidi kürdləri etnik və dini azlıq sayılır.
Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya, İran və ABŞ rəsmiləri Suriyada İŞİD terrorçularının tamamilə məhv etdiklərini açıqlamışdılar.
VOİCEPRESS.AZ