Azərbaycanda daşınmaz əmlak kreditləri milli valyutada veriləcək.
Bu barədə VOİCEPRESS.AZ-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
Deputat bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yeni təsdiq edilən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a görə, daşınmaz əmlak krediti milli valyutada veriləcək.
“ Bu zaman isə KTN əmsalı 70%-dən artıq olmamalıdır (hesablamada kredit üzrə yalnız əsas borc nəzərə alınır)”.
KTN əmsalı (kreditin təminata olan nisbəti) kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır.
VOİCEPRESS.AZ