DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib

24 Dekabr, 18:58

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here