Çinin Xarici İşlər Nazirliyi (XİN) “Huawei Technologies” şirkətinin maliyyə direktoru Men Vançjounun Kanadada saxlanılması ilə əlaqədar etirazını bildirmək üçün Amerikanın Pekindəki səfirini idarəyə çağırıb.
VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici siyasət idarəsinin bəyanatında deyilir.
“Amerika tərəfinin bu cür hərəkətləri Çin vətəndaşının qanuni haqlarını və maraqlarını ciddi şəkildə pozur və son dərəcə pis əməldir””, – deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Çin XİN-i ABŞ-dan Vançjounun həbsinə dair sorğunu dərhal ləğv etməyi tələb edib.
Bundan əvvəl Çin sözügedən məsələ ilə əlaqədar olaraq Kanadanın ticarət nümayəndələri ilə görüşdən imtina edib.
VOİCEPRESS.AZ