“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb öldürdü

0
313893

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək ölüb.

VOİCEPRESS.AZ xəbər verir ki, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb.

Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onu psixi pozuntularının olduğu müəyyən edilib.

O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here