Bu gecə metro saat 2-yə qədər işləyəcək

0
314656

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

“Şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçirildiyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı Metropoliteninə giriş açıq olacaq”,- deyə “Bakı Metropoliteni” məlumat verib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here