Britaniya parlamenti Leyboristlər Partiyasının lideri Ceremi Korbinin ölkənin baş naziri Tereza Meyə etimadsızlıq göstərilməsi üzrə səsvermə keçirilməsi təklifini rədd edib.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Sky News” məlumat yayıb.
“Biz bu avantüraya vaxt sərf etmək niyyətində deyilik”, – deyə Böyük Britaniya hökumətindəki mənbə bildirib.
Daha əvvəl Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin parlamentdə baş nazir Tereza Meyə qarşı etimadsızlıq rəyi haqqında məsələ üzrə səsvermənin keçirilməsi barədə təşəbbüs irəli sürüb.
VOİCEPRESS.AZ