Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

10 Dekabr, 18:09

Dekabrın 7-də Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən VOİCEPRESS.AZ-a verilən məlumata görə, tədbir zamanı, məktəb şagirdlərinə “Escola Municipal Azerbaijao” (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılı maykalar və digər məktəbə tələb olunan əşyalar hədiyyə edilmiş, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim edilib.

Məktəb tərəfindən, Azərbaycanın Braziliyadakı Səfirliyinə, il ərzində göstərdiyi dəstəyə, eləcədə bağışlanmış hədiyyə və ianələrə görə minnətdarlıq bildirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here