Böyük Britaniya ilə Rusiya diplomatik missiyalarını bərpa edəcəklər

0
314304

Yanvar ayında Böyük Britaniya Moskvadakı, Rusiya isə Londondakı diplomatik heyətini bərpa etməyə başlayacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko “Rossia24” telekanalına müsahibəsində deyib.

“Təqribən, yanvar ayında həm Moskvada, həm də Londonda diplomatik heyəti bərpa etmək barədə razılığa gəlmişik. Bunun bütün əməkdaşlara şamil olunacağını deyə bilmərəm, amma səfirliyin azı yarısı bərpa olunacaq”, – səfir qeyd edib.

Xatırladaq ki, bu il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya hərbi kəşfiyyatının Böyük Britaniya kəşfiyyatına casusluq etdiyi iddia edilən keçmiş zabiti Sergey Skripal və qızı Yuliya “A-324” sinir iflic edən maddə ilə zəhərlənib. Britaniya hökuməti bu hadisədə Rusiyanın əli olduğunu bildirərək onun bir neçə diplomatını arzuolunmaz şəxs elan etmişdi. İttihamı qəbul etməyən Rusiya da oxşar addımla cavab vermişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here