Belarus liderindən Paşinyana İTTİHAM: “Problemi o yaradıb”

14 Dekabr, 15:28

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibini hələ də seçə bilməməyimiz biabırçılqıdır”.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. O yaranmış böhranda Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

“KTMT-ın Baş katibi postuna təqaüdçüləri deyil, gənc, istedadlı generalları təyin etmək lazımdır. Baş katibin seçilməsi ilə bağlı həngaməni Nikol Paşinyan yaradıb. O mənə telefonla zəng edəndə “Xaçaturovu nə üçün siyasi motivlərlə həbs etdin. Mən siyasi motivlər əsasında həbsləri dəstəkləmirəm”-deyə ona dedim.

Avrasiya İttifaqı liderlərinin Sankt-Peterburq sammiti barədə də danışan Lukaşenko həmin görüşdə özünün, Putinin və Nursultan Nazarbayevin Paşinyana eyni sualı verdiklərini xatırlayıb.

“Nə üçün o Xaçaturovun həbsi barədə vacib qərarı verəndə bizimlə məsləhətləşmədi? Axı, problemi biz yox, Paşinyan yaradıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here