VOİCEPRESS.AZ-ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən Parlamentarilərin 5-ci Qolobal Konfransında çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron bildirib.
Onun sözlərinə görə, bu gün öhdəliklər haqda da düşünmək lazımdır:
“Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlin dəyişikliyi sahəsində istlik 1.5 dərəcə artıb. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təhdidlərə hazır olmalıyıq”.
Parlamentlərarası İttifaqın prezidenti söyləyib ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik:
“7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”.
Qabriela Kuevas Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: “Gənc siysətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısınız. Bugünkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Onların səlahiyyətlərndirilməsi çox vacibdir. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməldir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalyııq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir”.
VOİCEPRESS.AZ