Banqladeşdə keçirilən parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb.
VOİCEPRESS.AZ-ın məlumatına görə, iqtidardakı Şeyx Hasinanın liderliyindəki Böyük İttifaq seçkilərdə böyük fərqlə qalib gəlib.
Bu ittifaq parlamentdəki 300 mandatdan 281-ni əldə edib.
Müxalifətdəki Kamal Hüseynin Milli Birlik İttifaqı isə sadəcə 6 mandat qazana bilib. Digər partiyaların parlamentdə hansı sayda deputatla təmsil olunacağı rəsmi nəticələr elan olunduqdan sonra bilinəcək.
Qeyd edək ki, Böyük İttifaqın daxil olduğu Avami Birliyi üçüncü dəfə hökuməti quracaq.
VOİCEPRESS.AZ