BANM-ın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi

0
314439

Bu gün Azərbaycanda Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilir.

VOİCEPRESS.AZ xəbər verri ki, Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri Xiyabanı ziyarət ediblər. Anım mərasimində BANM-ın rektoru Elmar Qasımov, prorektorlar, professor-müəllim heyəti, administrativ kollektiv və tələbələri Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Fəxri Xiyabanı ziyarət zamanı həmçinin akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub və məzarı üstünə güllər qoyulub.

Qeyd edək ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 15 il ötür. Müasir Azərbaycanın müstəqillik tarixi Heydər Əliyev olmadan təsəvvür etmək qeyri mümkün olardı. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı məhz onun adı ilə bağlıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here