“Bank BTB” MİDA xətti ilə güzəştli ipoteka verəcək

0
313726

“Bank BTB” Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə Yasamal Yaşayış Kompleksi üzrə satışı həyata keçiriləcək mənzilləri güzəştli ipoteka ilə təqdim edən müvəkkil banklar sırasındadır.

MİDA-dan VOİCEPRESS.AZ-a bildirilib ki, illik 4%-lə təklif olunan güzəştli ipoteka kreditinin “Bank BTB”də rəsmiləşdirilməsinin əsas üstünlüyü onun ən tez müddətə həyata keçirilməsidir. Belə ki, kredit üçün müraciət edən müştəri lazım olan sənədlər toplusunu Banka təqdim etdiyi halda, rəsmiləşdirmə 1 iş gününə həyata keçirilir.

Xatırladaq ki, güzəştli mənzillərin satışı ilə əlaqədar MİDA ilə “Bank BTB” arasında əməkdaşlıq müqaviləsi 2017-ci il iyulun 31-də imzalanıb. Müqaviləyə əsasən güzəştli mənzil əldə etmək istəyənlərin kredit müraciətlərinə Bankın “Sənaye” filialında baxılır. “Sənaye” filialı Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küç., 577 ünvanında yerləşir.

Qeyd edək ki, güzəştli ipoteka krediti, eləcə də Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here