“Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik”- Sergey Lavrov

14 Dekabr, 00:13

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik. Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq”. VOICEPRESS.AZ xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

Sergey Lavrov qeyd edib ki, ölkəsi münaqişənin ədalətli, qarşılıqlı məqbul həll olunmasını istəyir: “Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”.

VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here