VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bu barədə Fonddan verilən məlumatda qeyd edilib ki, sadalanan ləğv prosesində olan banklara məxsus 9 lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompyuter və elektrik avadanlıqları satılıb.
Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 3 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan 1 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 8 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 1 lot üzrə daşınar əmlak satılıb.
Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak 3 lot, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak 1 lot, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak 1 lot, “Royalbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə satılıb.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.
VOİCEPRESS.AZ