Azərbaycanlı qız dünyaca məşhur piano müsabiqəsində qalib oldu

0
313667

10 yaşlı Azərbaycanlı istedad, pianoçu Ləman Seyidova 17 dekabr 2018-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Beynəlxalq “Cesar Franck Piano” müsabiqəsində ikinci yeri qazanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, uşaq yaşlarından musiqiyə olan marağı onu dəfələrlə irimiqayslı dünya musiqi müsabiqələrinin qalibi edib. Belə ki, Ləman İspaniya, Almaniya və İtaliyadan olan təmsilçilərin yer aldığı A kateqoriyası üzrə qaliblər sırasına düşməyi, ölkəmizin adını yüksəklərə qaldırmağı bacarıb.

Qeyd edək ki, Ləman, həmçinin, 2017-ci ilin dekabr ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən II Beynəlxalq “EDELWEISS” ifaçılıq müsabiqəsinin də qalibi olub, Grand Prix qazanmışdır.

Ləmanın ən böyük dəstəkçisi olan anası Kəmalə Seyidova bildirib ki, qızının ən böyük arzusu dünya şöhrətli pianist olub, müxtəlif ölkələrdə genişmiqyaslı konsertlər vermək, Azərbaycan adını daim yüksəltməkdir.

Məlumat üçün bildirək ki, Ləman Seyidova Bakı şəhəri 23 nömrəli məktəbin 5-ci sinif şagirdidir. O, həmçinin 35 nömrəli musiqi məktəbin V sinifində piyano üzrə musiqi təhsili alır. Ləmanın nəaliyyət qazanmasında onun valideyinləri ilə yanaşı, Azərbaycanın əməkdar musiqi müəlliməsi Kəmalə Əmirovanın da böyük əməyi var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here