Azərbaycanlı deputat Sloveniya parlamentində

0
314306

Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti 13-14 dekabır tarixində Sloveniyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Milli Məclisin deputatı Rauf Əliyev Sloveniya Parlamentinin yuxatı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa ilə görüşüb.

VOİCEPRESS.AZ xəbər verir ki, görüşdə Azərbaycanla Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğu qeyd olunub. Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin 100 illiyinin Sloveniyada belə yüksək səviyyədə qeyd olunmasının buna bariz nümunə olduğu vurğulanıb.

Görüşdə ölkələrimiz arasında enerji, iqtisadiyyat, ticarət, mədəniyyət, idman və turizm sahələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here