Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi

0
313807

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barronu qəbul edib.

VOİCEPRESS.AZ xəbər verir ki, görüş zamanı 14-15 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparıldı.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here