Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

18 Dekabr, 19:24

Dekabrın 18-də Azərbaycana səfərə gələn “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin görüşü olub.

VOİCEPRESS.AZ xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan Elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi edilib.

Eyni zamanda tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə dair müzakirələr və 330 kV-luq ikidövrəli ötürücü xəttinin inşası üzrə geniş müzakirələr aparılıb.

Müzakirələrin yekunundan sonra Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb.

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here