“Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar səmərəli olub” – Səfir

0
314640

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvarında Brüsseldə keçirilməsi nəzərdə tutulur. VOİCEPRESS.AZ xəbər verir ki, 2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.

Jurnalistlərə açıqlama verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, dekabrın 4-dən 6-dək Bakıda keçirilən Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqlar səmərəli olub.

Səfir qeyd edib ki, Avropa İttifaqının yetərincə geniş tərkibli nümayəndə heyətinin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycan ilə saziş bağlamaq niyyətinin ciddiliyinə dəlalət edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here