Azərbaycanda əmanətlərin gəlirliliyi azalıb

10 Dekabr, 12:23

Azərbaycanda fəaliyyət göstərən bankların manatla cəlb etdiyi depozitlər üzrə orta illik faiz dərəcəsi 2018-ci il noyabrın 1-nə 9,62%, xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə isə 2,35% təşkil edib.

VOİCEPRESS.AZ-ın Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, əvvəlki ayla müqayisədə bu göstəricilər müvafiq olaraq 0,17 və 0,04 faiz bəndi aşağı düşüb.

Hesabat ayında hüquqi şəxslərdən manatla cəlb olunan depozitlər üzrə orta faiz dərəcəsi 5,55%-dən 5,3%-ə, xarici valyutada isə 1,22%-dən 1,21%-ə enib.

Fiziki şəxslərdən cəlb edilən vəsaitlərə gəldikdə isə manatla cəlb olunan əmanətlərin orta gəlirliliyi 0,11 faiz bəndi azalaraq 10,19%, xarici valyuta üzrə isə 0,06% bəndi azalıb və orta gəlirlilik 2,89%-ə düşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here