Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

19 Dekabr, 13:53

Ermənistan Xarici İşlər Nazirliyi Milanda Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında əldə olunmuş razılıqlar barədə açıqlama yayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin katibi Anna Naqdalyanın verdiyi rəsmi açıqlamada tərəflərin birgə bəyanat verəcəkləri bildirilib.

“Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarov danışıqların davam etdirilməsi barədə razılaşıblar. Bundan başqa, iki XİN rəhbəri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı da hazırlanır. Uzun müddət bu barədə razılıq əldə olunmasa da, Milanda bəyanatın mətni də razılaşdırılıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here