VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.
R.Süleymanovun sözlərinə görə, hesabat dövründə qeydə alınan 1813 nikah Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında bağlanıb:
“Onlardan 949-u Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 864-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır”.
Şöbə müdiri azərbaycanlıların nikahda üstünlük verdiyi ölkələrin də adını açıqlayıb:
“Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikah bağlayıblar”.
VOİCEPRESS.AZ