Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində kürd silahlı dəstələrinə qarşı hərbi əməliyyat aparmamağa çağırıb.
VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federiko Moqerininin yaydığı bəyanatında deyilir.
“Biz Türkiyə tərəfinin koalisiyanın İŞİD-ə qarşı səylərini korlaya və ya Suriyada əlavə qeyri-sabitlik riski yarada biləcək istənilən birtərəfli hərəkətlərdən çəkinəcəyini gözləyirik”, – deyə o bildirib.
VOİCEPRESS.AZ