Asiya qitəsinə artıq 2019-cu il qədəm qoyub.
VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiyada artıq Yeni il qarşılanıb.
Cənub yarımkürəsində yerləşən və hazırda yay mövsümünün yaşandığı bu ölkənin Okland şəhərində bayram atəşfəşanlığı təşkil edilib.
Şəhərin ən böyük binası olan “Sky Tower”də təşkil edilən mərasimi minlərlə insan canlı izləyib.
Yeni Zelandiyanın ardınca Avstraliya, Samoa, Tonqa, da Yeni ili qarşılayıb.
VOİCEPRESS.AZ