Argentina prezidenti Braziliya dövlət başçısının inauqurasiyasına qatılmayacaq

0
313654

Argentina prezidenti Maurisio Makri Braziliyanın dövlət başçısı Jair Bolsanarunun andiçmə mərasiminə qatılmayacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Argentina prezidenti “Twitter”də bildirib.

Maurisio Makri qeyd edib ki, onun Jair Bolsanaru ilə ilk görüşü yanvarın 1-də keçiriləcək inauqurasiya mərasimində deyil, yanvarın 16-da baş tutacaq.

“Jair Bolsanaurla yenicə telefonla danışdıq. Biz razılaşdırdıq ki, tarixin yeni mərhələsində birlikdə işləməyə başlamaq üçün yanvarın 16-da Braziliyada görüşək”, – deyə o yazıb.

Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Nəticələrə əsasən sağ namizəd Jair Bolsonaru qalib olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here